
İran polisi İsrailin “Mossad” kəşfiyyat xidmətinin iki agentini saxlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslər respublikanın şimalındakı Əlborz əyalətində saxlanılıblar.
“Əlborz əyalət polis idarəsinin kəşfiyyat bölməsinin səyləri nəticəsində Savojbolaxda təhlükəsiz evdə bomba, partlayıcı maddə və elektron avadanlıq istehsalı ilə məşğul olan “Mossad” terror qruplaşmasının iki üzvü həbs edilib”, - məlumatda deyilir.