Daimi velosiped sürmək demensiya və alzheimer riskini azaldır


Yeni bir araşdırma avtomobil açarlarının velosiped dəbilqəsi ilə əvəz edilməsinin demensiya və alzheimer xəstəliyi riskini azalda biləcəyini ortaya çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, araşdırmanın nəticələri “JAMA Network Open” jurnalında dərc olunub.
Alimlər qeyd ediblər ki, müntəzəm velosiped sürmək hətta beynin yaddaş üçün vacib olan hissəsinin ölçüsünü artırmağa kömək edə bilər.​​​
Onlar bu nəticəyə gəlmək üçün ən çox hansı nəqliyyat vasitələrindən istifadə etdiklərini göstərən 480 minə yaxın insanın məlumatlarını təhlil ediblər.
13 illik tədqiqat dövründə iştirdakçılardan 8800-dən çoxu demensiya, 4000-ə yaxını isə alzheimer xəstəliyinə tutulub. Bununla belə, nəticələr göstərib ki, velosiped sürən iştirakçılarda demensiyanın inkişaf riski 16 faiz, alzheimer xəstəliyinə tutulma ehtimalı isə 22 faiz azdır.
Faydaların alzheimer xəstəliyinin genetik riski olmayan insanlarda cəmləşdiyi aşkar edilib. Tədqiqatın müəllifləri qeyd ediblər ki, beynin MRT müayinəsi aktiv hərəkətliliklə bağlı daha bir maraqlı tendensiya aşkar edib:
“Velosiped və oxşar nəqliyyat vasitələrindən istifadə hipokampal həcminin artması ilə əhəmiyyətli dərəcədə əlaqəlidir”.
Hipokampal insanların və digər onurğalıların beyninin əsas komponentidir və qısamüddətli yaddaşdan uzunmüddətli yaddaşa məlumatın konsolidasiyası və ötürülməsinə imkan verən məkan yaddaşında mühüm rol oynayır.

DİGƏR XƏBƏRLƏR

Top