“İran nüvə silahına malik olmayacağına zəmanət verən saziş bağlamağa hazırdır” – Əraqçi


“İran nüvə silahına malik olmayacağına zəmanət verən saziş bağlamağa hazırdır, lakin respublikanın dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək”.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi Tehranda xarici diplomatlarla görüşü zamanı deyib.
“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından, dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik”, - nazir qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top