İranın vurduğu Təl-Əvivdəki binanın 4 sakini ölüb – KİV


İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində azı 4 nəfər həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
Nəşr yazır ki, Təl-Əvivin ətrafı Bat Yamda həlak olanlar arasında iki uşaq da var
“Daha 137 nəfər yaralanıb, təxminən 35 nəfər itkin düşüb. Binanın özü uçmaq təhlükəsi ilə üz-üzədir və xilasedicilər içəridə qalanları tapmağa tələsir”, - məlumatda deyilir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı yönəlmiş “Aslan milləti” əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlərə və hava bazalarına raket zərbələri endirib. Yəhudi dövlətinin səlahiyyətliləri bir sıra hədəflərin məhv edildiyini etiraf ediblər, lakin raketlərin əksəriyyətinin ələ keçirildiyini bildiriblər. İyunun 14-ü və 15-nə keçən gecə İsrail və İran yenidən bir-birlərinin ərazilərində yerləşən hərbi və mülki obyektlərə zərbələr endiriblər.

DİGƏR XƏBƏRLƏR

Top