“Tezliklə Tehran səmasında İsrail HHQ-nin təyyarələrini görəcəksiniz” – Netanyahu


“İrana hücum İslam Respublikasının nüvə obyektlərinə ciddi ziyan vurub”.
Yeniavaz.com
xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində deyib.
Netanyahu qeyd edib ki, İsrail İranın ballistik raketlər istehsal etmək qabiliyyətini aradan qaldırmaq niyyətindədir və onun sözlərinə görə, bu raketlər İranın İsraili məhv etmək üçün istifadə etmək niyyətində olduğu başqa bir üsuldur.
“Çox yaxında siz Tehran üzərində İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini görəcəksiniz. Ayətullah rejiminin hər bir hədəfini vuracağıq”, - Netanyahu bildirib.
O qeyd edib ki, indiyədək həyata keçirilən zərbələr yaxın günlərdə baş verəcəklərlə müqayisədə heç bir şey deyil.
Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katz daha əvvəl deyib ki, İran İsraili atəşə tutmağa davam edərsə, “Tehran yanacaq”. O, İranın İsrailin hücumuna cavab olaraq həyata keçirdiyi zərbələri “İsrail mülki əhalisinə qarşı cinayət hücumu” adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top