Birinci sinfə neçə uşaq qəbul olunub? – Açıqlandı


2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
“Proses sentyabrın 12-inə qədər davam edəcək.Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”,-deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top