
Xankəndi şəhər N. Gəncəvi adına 4 nömrəli orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu gün azad Xankəndi şəhərində 37 ildən sonra orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Məzun günündə həmçinin orta məktəbdə 1988-ci il məzunları üçün vaxtilə baş tutmayan “Son zəng” tədbiri də qeyd olunub.
"Son zəng” günü Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.
