Ərdoğandan İsrailin İrana etdiyi hücumlara reaksiya


“İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır”.               
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz sosial şəbəkə hesabında yazıb.
“İsrail bu gün səhər saatlarından etibarən bölgəmizi, xüsusilə Qəzzanı qan, göz yaşı və qeyri-sabitlik içində boğmaq strategiyasını çox təhlükəli mərhələyə keçirib.
İsrailin qonşumuz İrana hücumları beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribatdır.               
İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi və Qəzzanı hədəf alan qeyri-insani hərəkətlərə qarşı beynəlxalq təzyiqlərin artdığı bir vaxta təsadüf edən bu hücumlar İsrailin qayda pozan zehniyyətini nümayiş etdirir.
Netanyahu administrasiyası ehtiyatsız, aqressiv və qanunsuz hərəkətləri ilə bölgəmizi və bütün dünyanı fəlakətə sürükləməyə çalışır.
Beynəlxalq ictimaiyyət indi qlobal və regional sabitliyi hədəf alan İsrail quldurluğuna son qoymalıdır.
Netanyahunun və onun qırğın şəbəkəsinin bütün bölgəmizi təhlükəyə atan hücumlarının qarşısı alınmalıdır.
Bu gün bir daha bəyan edirik ki, biz Yaxın Şərqdə daha çox qan, dağıntı və qarşıdurma görmək istəmirik.
Türkiyə olaraq qonşumuz İrana qarşı edilən mənfur hücumları qınayırıq; həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik; dost və qardaş İran xalqına başsağlığı veririk”, - Ərdoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top