AZAL bu reysləri ləğv etdi


Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının təhlükəsizlik səbəbindən bağlanması ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin 13 iyuna planlaşdırılan bəzi reysləri ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ləğv edilən resylər aşağıdakılardır:
- Bakı-Lahor-Bakı
J2 145/146
- Bakı-Mumbai-Bakı
J2 059/060
- Bakı-Dammam-Bakı
J2 8205/8206
AZAL uçuşların təhlükəsizliyini əsas götürərək vəziyyəti daim nəzarətdə saxlayır və sərnişinləri hər hansı yenilik barədə operativ şəkildə məlumatlandıracaq.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top