Şəhid ailələri üçün Prezident təqaüdü 100 manat artırıldı


Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 100 manat artırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında imzaladığı Fərmanda öz əksini tapıb.
Fərmana əsasən, təqaüdün məbləği “600 (altı yüz)” manatdan “700 (yeddi yüz)” manata qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

Top