Rusiyada 12 milyon insan yoxsulluq həddində yaşayır – “Rosstat”


Bu ilin birinci rübü ərzində Rusiyada əhalinin 8,1%-i, yəni 11,9 milyon nəfəri yoxsulluq həddində yaşayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Statistika İdarəsi – “Rosstat” məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin birinci rübündə yoxsulluq həddi ayda təxminən 16 600 rubl (təxminən 355 manat) təşkil edib.
“Rosstat”ın məlumatına görə, Rusiyada yoxsulluq səviyyəsini azaltmaq məqsədi ilə 2030-cu ilə qədər bu göstəricinin 7%-dən, 2036-cı ilə qədər isə 5%-dən aşağı salınması hədəflənir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top