Abdullayevin kürəkəninə məxsus bankda səhmdarların sayı azalıb


“Rabitəbank” ASC-nin səhmdarlarının siyahısında dəyişiklik olub.
Yeniavaz.com
xəbər verir ki, “Rabitəbank” ASC-nin səhmlərinin 14,51%-nə sahib olan Seyran Nuriyev öz payını bankın digər səhmdarı Validə Abasovaya ötürüb.
Qeyd edək ki, bu dəyişiklikdən sonra Validə Abasovanın bank səhmlərindəki payı 20,13%-dən 34,64%-ə yüksəlib.
Bankın digər səhmdarlarının payında isə heç bir dəyişiklik olmayıb. Əvvəllər olduğu kimi, bank səhmlərinin 40,6%-i Rauf Əliyevə, 14,44%-i Zakir Nuriyevə, 9,11%-i Dilarə Nuriyevaya, 1,07%-i Aslan Xasıyevə, 0,14%-i isə digər səhmdarlara məxsus olub.
Məlumat üçün bildirək ki, bankın əsas səhmdarı olan Rauf Əliyev Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkənidir. Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top