Polşa millisinin baş məşqçisi istefa verdi – Levandovskiyə görə


Mixal Probej Polşa millisinin baş məşqçisi postunu tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumata görə, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Belə qənaətə gəldim ki, hazırkı vəziyyətdə milli komandanın xeyrinə ən yaxşı qərar mənim məşqçi postundan getməyim olardı. Bu funksiyanı yerinə yetirmək mənim peşəkar arzularımın həyata keçməsi və həyatımdakı ən böyük şərəf idi”, - sabiq baş məşqçi bildirib.
Qeyd edək ki, Mixail Probej bir neçə gün əvvəl Polşa millisinin kapitanı Robert Levandovski ilə bağlı qalmaqalla gündəmə gəlmişdi. O, kapitanlıq sarğısını ulduz futbolçudan aldığı üçün sərt tənqid olunmuşdu. Levandovski isə Probej istefa verənədək milli komandanın formasını geyinməyəcəyini bildirmişdi.
Xatırladaq ki, Mixal Probej 2023-cü ilin sentyabrında Polşa millisinin başına keçib. Onun rəhbərliyi altında Avro-2024-dən ilk olaraq polşalılar kənarlaşdırılıb.
Polşa millisinin son oyunu iyunun 10-da baş tutub. Oyun DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya milllsi ilə olub. Oyun 2:1 hesabı ilə Finlandiya milllsinin xeyrinə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top