
Almaniyanın müdafiə naziri Boris Pistorius bu gün elan olunmamış səfərlə Kiyevə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DPA agentliyini məlumat yayıb.
Məlumata görə, o, yerlərdə vəziyyətlə tanış olmaq və Ukrayna rəhbərliyi ilə yeni hərbi yardımın verilməsini müzakirə etmək niyyətindədir.
Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür.
Ukraynada münaqişə başlayandan bəri Almaniya Kiyevə 40 milyard avrodan çox müxtəlif növ yardım edib.