Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan "TuranBank" ASC bu gün 33 yaşını qeyd edir. 1992-ci il iyunun 12-də fəaliyyətə başlamış Bank bu illər ərzində geniş inkişaf yolu keçərək ölkənin ən böyük maliyyə qurumlarından birinə çevrilib.
Öz fəaliyyətində peşəkarlıq, etibarlılıq və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan "TuranBank" bu illər ərzində bir çox uğurlara imza ataraq biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini və nüfuzunu daha da gücləndirib, 850-dən çox əməkdaşı ilə 22 satış nöqtəsində 190 mindən çox əhali və biznes subyektlərini maliyyə xidmət və məhsulları ilə təmin etməklə müştəri bazasını genişləndirməyə mail olub, əldə etdiyi nailiyyətlərə əsaslanaraq qarşıdan gələn dövrlərdə də uğurlarını davam etdirmək əzmindədir.
"TuranBank" sahibkarlığın maliyyə imkanlarını genişləndirərək real sektorun maliyyələşdirilməsinə, rəqabətqabiliyyətli iqtisadi sahələrin inkişafına davamlı dəstək göstərir. Bank dövlət qurumlarından İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Krediti Zəmanət Fondu, həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları - Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, ECO Ticarət və İnkişaf Bankı , EMF Mikromaliyyə Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Incofin İnvestisiya Fondu ilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi çərçivəsində əməkdaşlıq edərək ölkənin qeyri-neft sektorunun inkişafına ciddi dəstək olmaqda davam edir.
Bununla yanaşı, "TuranBank" müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi ilə bank xidmətlərinin rahat, operativ və təhlükəsiz şəkildə təqdim olunmasını təmin edərək, təkmilləşdirilmiş İnternet bankçılıq sistemi və Mobil tətbiqi ilə müştərilərinə məsafədən bank xidmətləri göstərməklə dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi onların rəğbətini qazanıb.
33 illik fəaliyyəti ərzində sosial məsuliyyət prinsipinə sadiq qalan "TuranBank" sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlarımıza, qazi və şəhidlərimizin ailələrinə dəstək olmaqla bərabər, "YAŞAT" Fondu, Silahlı Qüvvələrə Yardım Fondu və Qarabağ Dirçəliş Fondu ilə də sıx əməkdaşlıq edir. Təsadüfi deyil ki, Bank ardıcıl 5 ildir ki, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin keçirdiyi Korporativ Sosial Məsuliyyət layihəsi üzrə mükafata layiq görülür.
"TuranBank" - 33 illik etibarlı tərəfdaşınız!
"TuranBank"
Bizimlə etibarlıdır ...