İsrail Qəzzadan daha iki girovu qaytardı


İsrail əsgərləri Qəzza zolağından ölən daha iki girovun qalıqlarını geri qaytarıb.
Yeniavaz.com
İsrailin Baş nazirinin ofisinə istinadla xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahu bildirib.
“İsrail Müdafiə Qüvvələrinin və Baş Təhlükəsizlik Xidmətinin Qəzza zolağında keçirdiyi əməliyyat tədbirləri zamanı iki girovun - Yair Yaakov və adı hələ dərc olunmayan digər şəxsin qalıqları İsrailə qaytarılıb”, - o deyib.
Baş nazir bildirib ki, Yair Yaakov 2023-cü il oktyabrın 7-də Fələstinin “İslami Cihad” qruplaşmasının yaraqlıları tərəfindən Qəzza zolağı ilə sərhəd yaxınlığındakı Nir Oz kibbutsunda öldürülüb və girov götürülüb.
“Biz (İsrail) bütün girovlarımızı, ya sağ, ya da ölmüş, evlərinə qaytarana qədər dayanmayacağıq”, - Netanyahu bildirib.
İsrail Müdafiə Nazirliyinin sözçüsü girovların cəsədlərinin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsində Girovları Xilasetmə İşçi Qrupu, İDF Kəşfiyyat İdarəsi və Ümumi Təhlükəsizlik Xidmətindən alınan dəqiq kəşfiyyat məlumatları əsasında tapıldığını bildirib.
İsrail tərəfinin məlumatına görə, HƏMAS Qəzza zolağında 53 nəfəri girov saxlamağa davam edir. İlkin məlumatlara görə, onlardan 20-si sağdır.

DİGƏR XƏBƏRLƏR

Top