
İran ordusu və hökumət rəsmiləri İsrailin hücumu halında görüləcək cavab tədbirlərini müzakirə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İslam Respublikası yüzlərlə ballistik raketdən istifadə etməklə yəhudi dövlətinin ərazisinə dərhal əks hücumu nəzərdə tutan cavab planı hazırlayıb.
CBS isə daha əvvəl məlumat yayıb ki, ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyata başlamağa hazır olması barədə məlumat alıblar. “Axios” saytının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp iyunun 9-da telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahuya belə bir addım atmaması barədə xəbərdarlıq edib.
Tramp, həmçinin daha əvvəl İranın nüvə silahı hazırlaması barədə danışarkən, buna icazə verməyəcəklərini deyib:
“Onlar nüvə silahı əldə edə bilməzlər. Bu, çox sadədir. Onlar nüvə silahı əldə edə bilməzlər. Biz buna icazə verməyəcəyik”.
İslam Respublikasının müdafiə naziri Əziz Nəsirzadə ABŞ ilə müharibə olacağı təqdirdə Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarını vuracaqlarını bəyan edib.