
“Fənərbağça”nın vitse-prezidenti Acun Ilıcalı istefa verib.
Yeniavaz.com xəbər xəbər verir ki, bu barədə klub və Ilıcalı məlumat yayıblar.
“Cənab Acun Ilıcalı səlahiyyət müddəti ərzində İdarə Heyətimizə dəyərli töhfələr verdi və klubumuzun maraqlarını hər zaman ön planda tutan yanaşması ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirildi. Bu günə qədər göstərdiyi sədaqətli xidmətlərə görə ona təşəkkür edir, ona uğurlar və xoşbəxtlik arzulayırıq”, - klubun məlumatında bildirilib.
Acun Ilıcalı istefa qərarından sonra vida mesajı yayıb:
“Böyük qürurla tutduğum “Fənərbağça” İdman Klubunun İdarə Heyətinin üzvü olduğum vəzifədən istefa verdiyimi sizinlə bölüşmək istəyirəm. Mən “Fənərbağça” azarkeşi olaraq doğulmuşam. Sarı-göy forması uşaqlığımdan bəri həyatımın ən saf və coşqulu hissəsi olub. Bu müddət ərzində zaman-zaman böyük çətinliklərlə üzləşsəm də, şərəfimdən imtina etməmişəm. Tənqid edildim, dəstək aldım, amma bunu heç unutmadım: burada hər şey “Fənərbağça” üçün olub. Prezidentimiz Ali Koça, birlikdə çalışdığım dəyərli inzibati həmkarlarıma, dəyərli idmançılarımıza, klub əməkdaşlarına və ən əsası böyük “Fənərbağça” azarkeşlərinə səmimi təşəkkürümü bildirirəm”.