Hindistanın əhalisi 1,5 milyard nəfərə çatdı


Hindistanın əhalisi təxminən 1,5 milyard nəfərdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) yeni hesabatında öz əksini tapıb.
“Hazırda Hindistan təxminən 1,5 milyard əhalisi ilə dünyanın ən sıx məskunlaşdığı ölkədir”, - hesabatda qeyd edilib.
Bu rəqəmin təxminən 1,7 milyard nəfərə yüksələcəyi və təxminən 40 ildən sonra azalmağa başlayacağı gözlənilir.
Fond həmçinin 1960-cı ildə Hindistanın əhalisinin təxminən 436 milyon nəfər olduğunu xatırladıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Çin əhalisinin 2024-cü ildə 1,39 milyon nəfər azaldığı və 1,408 milyard nəfərə düşdüyü bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top