
Dünyanın ən güclü 10 futbol liqası açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, siyahını “Opta Sports” tərtib edib.
Siyahıya görə, İngiltərə Premyer Liqası liderdir. Liqanın orta balı 100 ballıq sistem üzrə 92,6-dır.
Ən yaxşı on liqaya aşağıdakılar daxildir:
1. İngiltərə Premyer Liqası - 92,6;
2-3. İtaliya A Seriyası - 87;
2-3. İspaniya La Liqası - 87;
4. Almaniya Bundesliqası - 86,3;
5. Fransa Liqa 1-i - 85,5;
6. İngiltərə çempionatı (İkinci Divizion) - 80,9;
7. Belçika Pro Liqası - 80,5;
8. Portuqaliya Primera Liqası - 79,8;
9. Braziliya A Seriyası - 79,4;
10. Niderland Erediviziyası - 78,8.