Regionda kartofun ən baha və ən ucuz satıldığı şəhərlər – Siyahı


Hazırda region ölkələri arasında kartof ən yüksək qiymətə Rusiyada satılır.
Yeniavaz.com
məşhur “Numbeo” portalına istinadən xəbər verir ki, region ölkələri arasında kartof ən aşağı qiymətə Belarusda satılır.
Rusiyanın paytaxtı Moskvada marketlərdə satılan kartofun 1 kiloqramının orta qiyməti 1 dollar 1 sent (1 manat 72 qəpik), Sankt-Peterburq şəhərində isə 87 sent (1 manat 48 qəpik) təşkil edib.
Kartofun ən ucuz olduğu şəhər isə Belarusun paytaxtı Minsk olub. Bu şəhərdə kartofun 1 kiloqramının orta qiyməti 45 sent (76 qəpik) olub.
Portalın məlumatına görə, paytaxt Bakının marketlərində satılan kartofun orta satış qiyməti isə 81 sent (1 manat 38 qəpik) olub.
Region ölkələrinin müxtəlif şəhərlərində kartofun 1 kiloqramının orta qiyməti belədir:
Moskva (Rusiya) – 1,01 dollar;
Sankt-Peterburq (Rusiya) – 0,87 dollar;
Bakı (Azərbaycan) – 0,81 dollar;
Kiyev (Ukrayna) – 0,81 dollar;
İrəvan (Ermənistan) – 0,80 dollar;
Kişinyov (Moldova) – 0,79 dollar;
İstanbul (Türkiyə) – 0,74 dollar;
Antalya (Türkiyə) – 0,70 dollar;
Ankara (Türkiyə) – 0,69 dollar;
Tbilisi (Gürcüstan) – 0,68 dollar ;
Kazan (Rusiya) – 0,67 dollar;
Almatı (Qazaxıstan) – 0,60 dollar;
Astana (Qazaxıstan) – 0,57 dollar;
Bişkek (Qırğızıstan) – 0,57 dollar;
Batumi (Gürcüstan) – 0,54 dollar;
Tehran (İran) – 0,53 dollar;
Daşkənd (Özbəkistan) – 0,49 dollar;
Minsk (Belarus) – 0,45 dollar.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top