
Türkiyənin “Qalatasaray” klubu Almaniyanın “Bavariya” klubunun sağ cinah oyunçusu Leroy Sane ilə razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “Qalatasaray” rəhbərliyinə istinadla məlumat yayıb.
Məlumata görə, futbolçu ilə bütün detallar razılaşdırılıb və yaxın vaxtlarda transferlə bağlı rəsmi açıqlama verilməlidir.
Qeyd edək ki, Sanenin “Bavariya” ilə müqaviləsi iyunun 30-da başa çatır. O, 2020-ci ildən “Bavariya”da çıxış edir.
29 yaşlı futbolçunun transfer dəyəri 32 milyon avro olsa da, “Qalatasaray” onu azad agent kimi alacaq.
Sanenin “Qalatasaray”la müqaviləsinin təfərrüatları hələlik məlum deyil.
Xatırladaq ki, 2024/2025 mövsümündə futbolçu bütün klub turnirlərində 45 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.