Müəllimlərin olduğu avtomobil qəzaya düşdü – Ölən var


Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb.
Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü və daha 2 nəfər xəsarət alıb. Onlardan biri – Şahin Əmirov adına Dəllər Cırdaxan kənd orta məktəbinin 1994-cü il təvəllüdlü müəllimi Həqiqət İsmayılova hadisə yerində vəfat edib.
Sürücü olan digər müəllim Şəbnəm Hüseynova isə yaralanıb. Maşında olan 2021-ci il təvəllüdlü azyaşlı da xəsarət alıb.
Həmin şəxslər səhər saatlarında Gəncədən Şəmkirə çalışdıqları məktəbə işə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top