
Azərbaycanın Özbəkistandakı səfirliyində konsul vəzifəsində çalışmış İlqar İbrahimovun evində ölü tapldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.
Bildirilib ki, o, qış aylarında Bakıya qayıdıbmış.
“İlqar İbrahimovun ölümünün səbəbi bəlli deyil.
Qeyd edək ki, o, uzun müddət diplomatik xidmət sahəsində çalışıb, Azərbaycanın Özbəkistandakı səfirliyində birinci katib və konsul vəzifələrini tutub”, - sayt yazır.
Məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən bildirilib ki, səfirliklərin və XİN-in heyəti barədə mətbuata məlumat verilmir.