Anar Cəbrayıllıya yeni vəzifə verildi


Tanınmış jurnalist Anar Cəbrayıllıya yeni vəzifə verilib.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalist, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, A.Cəbrayıllı İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə rəis təyin olunub.
Qeyd edək ki, o bu vəzifədə Namiq Mayılovu əvəz edib.
A.Cəbrayıllı uzun illər “Azərsu” ASC-nin mətbuat katibi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top