Ermənistanda mənzildə partlayış olub – Ölənlər var


Ermənistanda yaşayış binasında qaz partlayışı baş verib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İlkin məlumata görə, Qaregin Njde küçəsindəki binada mənzillərdən birində qazın partlaması nəticəsində yanğın baş verib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
İdarədən verilən məlumata görə, daha 3 nəfərin axtarışları davam etdirilir.
Hadisənin baş vermə şəraiti aydınlaşdırılır. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top