
Almaniyanın “Bayer 04” klubunun futbolçusu Florian Virts İngiltərənin “Liverpul” klubuna keçir.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat yayıb.
İnsayder onun transfer qiymətinin 150 milyon avro olduğunu bildirib.
Onunu sözlərinə görə, 22 yaşlı futbolçunun transferi ilə bağlı artıq yekun razılıq əldə edilib. Virts hazırda tibbi müayinədən keçməyə və müqavilə imzalamağa hazırlaşır.
Qeyd edək ki, ötən mövsüm Virts bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.
Nüfuzlu “Transfermarkt” internet portalı Virtsin bazar dəyərini 140 milyon avro olaraq qiymətləndirir.