“Aİ-nin yeni sanksiyalarına “Şimal axını” qadağası daxil olacaq” – Fon der Lyayen


“Aİ-nin yeni sanksiyalar paketinə “Şimal axını” boru kəmərlərinin istifadəsinə qadağa daxil olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən brifinqdə 18-ci sanksiyalar paketinin layihəsini təqdim edərkən deyib.
“Biz yeni güclü sanksiyalar tətbiq etməklə Rusiyaya təzyiqi artıracağıq. 18-ci paket çərçivəsində məhdudiyyətlər əsasən neft və bank sektoruna təsir edəcək”, - o deyib.
Bildirilib ki, sanksiyalara Avropalı şirkətlərin “Şimal axını” ilə bağlı hər hansı əməliyyatlara qadağa qoyulması, neft daşıyan 77 tankerin qara siyahıya salınması, Rusiya üçün neftin qiymətinin bir barelinin qiymətinin 60 dollardan 45 dollara endirilməsi, Aİ-də əməliyyatlara tam qadağa qoyulan daha 22 bankın qara siyahıya salınması, Rusiyanın ikili istifadə məhsulları və texnologiyalarının ixracına yeni məhdudiyyətlərin tətbiqi daxildir.

DİGƏR XƏBƏRLƏR

Top