Müxalifət Paşinyanın impiçmenti ilə bağlı danışıqlar aparacaq


İyunun 11-də parlamentdəki müxalifətin “Ermənistan” (“Hayastan”) və “Mənim şərəfim var” blokları Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması ilə bağlı danışıqlar aparacaq.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə respublikanın keçmiş prezidenti, Respublika Partiyasının lideri Serj Sarkisyan deyib.
“Sabah “Ermənistan” və “Mənim şərəfim var” blokları arasında danışıqlar aparılacaq. Və impiçmentlə bağlı bütün suallara yekun cavablar veriləcək”, - Sarkisyan bildirib.
O, baş nazirin impiçmenti prosesinin küçə etirazlarına səbəb ola biləcəyini istisna etməyib.

DİGƏR XƏBƏRLƏR

Top