Əhaliyə verilən suyun yarısı Bakı şəhərinin payına düşüb


Ötən il Azərbaycanda su kəməri şəbəkəsinə verilən suyun ümumi miqdarı 624 milyon 249,1 min kub metr olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu suyun 98%-i və ya 611 milyon 557,1 min kub metri təmizləyici qurğulardan keçirilib.
Qeyd edək ki, şəbəkəyə vurulan suyun 58%-i və ya 362 milyon 324,7 min kub metri istehlakçılara verilib. Bunun da 70,6%-i və ya 256 milyon 3,4 min kub metri əhaliyə verilib.
Su kəməri şəbəkəsinə verilən suyun 42%-i və ya 261 milyon 924,4 min kub metri öz ehtiyaclarına sərf olunub, həmçinin uçota alınmayan və itirilən suyun da miqdarı buraya daxildir.
Onu da bildirək ki, əhaliyə verilən suyun yarısı – 50%-i və ya 127 milyon 808,1 min kub metri Bakı şəhərinin payına düşüb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top