Şahzadə Diananın geyimləri hərraca çıxarılır


Şahzadə Dianaya məxsus böyük geyim, ayaqqabı və aksesuar kolleksiyası iyun ayında hərraca çıxarılacaq.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, hərracı “Julien’s Auctions” hərrac evi təşkil edəcək.
Hərrac iyunun 26-da “The Peninsula Beverly Hills” ticarət mərkəzində keçiriləcək. Hərrac "Şahzadə Diananın stili və kral kolleksiyası" adlanacaq.
Tədbirdə Şahzadəyə məxsus 100-dən çox moda nümunəsi satışa çıxarılacaq. Bu, Şahzadə Diana üçün indiyə qədər keçirilən ən böyük hərrac olacaq.
Digər tərəfdən, “Julien's Auctions"ın baş direktoru və həmtəsisçisi Martin Nolan Diananın özünün 1997-ci ildə xeyriyyə məqsədilə 70-dən çox paltarını satışa çıxardığını bildirib.
Lotların arasında “Bellville Sassoon” tərəfindən 1988-ci il istehsalı olan ipək çiçəkli paltar da var. Şahzadə onu xəstəxanaya getdiyi zaman geyindiyi üçün “qayğılı patlar” adlandırılıb. Onun 200 000-300 000 dollar arasında satılacağı təxmin edilir.
Lotlar arasında Ketrin Uoker tərəfindən 1986-cı ildə Fars körfəzinə səyahət üçün dizayn edilmiş ​​ipək naxışlı krem rəngli axşam paltarı (həmçinin 200.000-300.000 dollar dəyərində qiymətləndirilir), Diananın 1987-ci ildə “Royal Ascot” konsertində geyindiyi Bryus Oldfild tərəfindən hazırlanmış sarı çiçəkli patlar (təxminən 100.000-200.000 dollar) da var.
Həmçinin, Fransanın birinci xanımı Bernadett Şirakın 1995-ci ildə Dianaya hədiyyə etdiyi “Dior” çantası, 1981-ci ilin tül elementli gəlinlik eskizi və şahzadənin bal ayı zamanı geyindiyi şaftalı papağı da satışa çıxarılan lotlar arasındadır.
Digər tərəfdən, satışa mərhum Kraliça II Yelizaveta və Kraliça Anaya aid əşyalar da daxil olacaq.
Gəlirlərin bir hissəsi xeyriyyə işlərinə, xüsusən də Böyük Britaniyanın “Muscular Dystrophy” təşkilatına gedəcək.

DİGƏR XƏBƏRLƏR

Top