“Tottenhem”in baş məşqçisi o olacaq


“Brentford” klubuna baş məşqçilik edən danimarkalı Tomas Frank Londonun “Tottenhem” klubunun baş məşqçisi olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, “Brentford” Frankın təxminən 12 milyon avroya “Tottenhem”ə keçməsinə razı olub.
Qeyd edək ki, iyunun 6-da “Tottenhem” öz rəsmi internet saytında Ange Postekoqlunu baş məşqçi postundan uzaqlaşdırdığını açıqlayıb.
Bu mövsüm onun rəhbərliyi altında London klubu Avropa Liqasının finalında “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edərək, 2008-ci ildən bəri ilk kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top