İlham Əliyev portuqaliyalı həmkarını təbrik etdi


Azərbaycan Prezidenti İlham Əliyev Portuqaliya Prezidenti Marselu Rebelu de Souzanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Yeniavaz.com
xəbər verir ki, təbrikdə deyilir:
“Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top