
İspaniya çempionatının ən çox bahalaşan oyunçularının siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, siyahını futbolçuların transfer dəyərinin qiymətləndirilməsi ilə məşğul olan “Transfermarkt” statistik portalı tərtib edib.
Siyahıya görə, ən çox bahalaşan futbolçular arasında ilk üç yeri “Barselona” klubunun vingeri Lamin Yamal, eyni klubun yarımmüdafiəçisi Pedri və “Real Betis” klubunun cinah oyunçusu Xesus Rodriqes tutub. Onların hər birinin qiyməti 20 milyon avro artıb.
Siyahını təqdim edirik:
1-3. Lamin Yamal (“Barselona”) - 200 milyon avro (+ 20 milyon avro).
1-3. Pedri (Barselona) - 140 milyon avro (+ 20 milyon avro).
1-3. Xesus Rodriqes (“Real Betis”) - 30 milyon avro (+ 20 milyon avro).
4. Din Huiysen (“Real Madrid”) - 60 milyon avro (+ 18 milyon avro).
5. Entoni (“Real Betis”) - 35 milyon avro (+ 15 milyon avro).
6. Ferran Torres (“Barselona”) - 40 milyon avro (+ 12 milyon avro).
7-13. Kilian Mbappe (“Real Madrid”) - 180 milyon avro (+ 10 milyon avro).
7-13. Xulian Alvares (“Atletiko Madrid”) - 100 milyon avro (+ 10 milyon avro).
7-13. Rafinya (“Barselona”) - 90 milyon avro (+ 10 milyon avro).
7-13. Pau Kubarsi (“Barselona”) - 80 milyon avro (+ 10 milyon avro).
7-13. Raul Asensio (“Real Madrid”) - 40 milyon avro (+ 10 milyon avro).
7-13. Culiano Simeone (“Atletiko Madrid”) - 35 milyon avro (+ 10 milyon avro).
7-13. Mikel Haurehisar (“Atletik Bilbao”) - 30 milyon avro (+ 10 milyon avro).