
Gümüşün qiyməti son on üç ilin ən yüksək səviyyəsinə yüksəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, gümüşün qiyməti 29 fevral 2012-ci ildən bəri ilk dəfə 37 dolları keçib.
Bakı vaxtı ilə saat 22:36-ya olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 37,025 dollar (+2,41%) təşkil edib.
Bakı vaxtı ilə saat 22:54-də gümüşün qiyməti artımını ləngidərək, 36,985 dollar (+2,35%) səviyyəsində olub.