İsrail Yəmənin Hudeydə şəhərini vurdu


İsrail aviasiyası husilərin (“Ənsar Allah” hərəkatı) nəzarətində olan Yəmənin eyniadlı vilayətinin inzibati mərkəzi olan Hodeyda şəhərinə zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə husilərə məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum Hodeyda limanındakı infrastruktur obyektlərini hədəf alıb.
Zərbənin nəticələri, o cümlədən mümkün itkilər və qurbanlar barədə məlumat verilməyib.
Bir gün əvvəl İsrail ordusunun sözçüsü Aviçai Edri husilərin nəzarətində olan ərazilərdə yerləşən Hudeydə, Ras İsa və Əs-Salif limanlarından insanları təxliyə etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top