
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində öldürülən jurnalistlərin sayı 227-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, fotojurnalist Məhəmməd Əbu Əl-Auf İsrailin Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində həlak olub. Onunla birlikdə 3 feldşer də öldürülüb.
Məhəmməd Əbu Əl-Auf Fələstin anklavında bir neçə media orqanında fəaliyyət göstərib.
Qəzza hökumətinin mətbuat ofisi İsrail işğalçı hakimiyyət orqanları tərəfindən fələstinli jurnalistlərin sistematik şəkildə hədəfə alınmasını və öldürülməsini ən kəskin şəkildə pisləyib.