Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi oldu


Yaşı 25-dən az olan hərbi əsirlərin birinci qrupu Ukraynadan Rusiyaya geri qaytarılıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 Nazirliyin məlumatına görə, Rusiya da öz növbəsində Ukraynanın bir qrup hərbi əsirini Ukraynaya geri qaytarıb.
Mübadilə iyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına uyğun olaraq iyunun 9-da baş tutub.
Rusiya Müdafiə Nazirliyi qaytarılan əsirlərə lazımi psixoloji və tibbi yardım göstərildiyini bildirib. Sonrakı mərəhələdə bütün hərbi qulluqçular xəstəxanalarda müalicə olunmaq və reabilitasiya olunmaq üçün evlərinə qaytarılacaq.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqların ikinci raundu baş tutub. Görüş rus dilində keçirilib və bir saatdan çox davam edib. Tərəflər bir-birinin təklif etdiyi atəşkəs memorandumlarını müzakirə edib və digər məsələlərlə yanaşı, bütün ağır xəstə hərbi əsirlərin və yaşı 25-dən aşağı olan şəxslərin mübadiləsinə dair razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top