Böyük Britaniya da uşaqlar üçün sosial şəbəkədə məhdudiyyətlər tətbiq edəcək


Böyük Britaniyada hökumət uşaqların sosial mediada keçirə biləcəyi vaxtı məhdudlaşdırmaq üçün daha sərt onlayn təhlükəsizlik tədbirləri tətbiq etməyi düşünür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti elm, innovasiya və texnologiya naziri Peter Kayla istinadla məlumat yayıb.
Məlumata görə, nazir hökumətin bu tədbirdən azyaşlıların sosial mediaya aludəçiliyinin qarşısını almaq və onların texnologiya ilə sağlam münasibət qurmasına kömək etmək üçün istifadə etmək niyyətində olduğunu bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya rəsmiləri proqramlar üçün iki saatlıq komendant saatı tətbiq etməyi və ya uşaqların axşam saat 10-dan sonra, ya da dərs saatlarında məzmuna girişi bloklamağı düşünürlər.
Piter Kayl həmçinin bəzi tətbiqlərin və ağıllı telefonların asılılıq yaratma xüsusiyyıtini araşdırdıqlarını bildirib.
Qəzetin yazdığına görə, Britaniyada uşaqların demək olar ki, 24 faizi internetə çıxışı olan bir cihazda gündə dörd saatdan çox vaxt keçirir.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Avstraliya Parlamenti 16 yaşdan kiçik uşaqlara “Snapchat”, “TikTok”, “Instagram”, “X” və başqaları da daxil olmaqla sosial mediadan istifadəni qadağan edən qanun layihəsini təsdiqləyib. Qanun texnologiya nəhənglərindən yetkinlik yaşına çatmayanların sistemə daxil olmasını qadağan etməyi tələb edib Əks halda 49,5 milyon Avstraliya dollarına (32 milyon dollara) qədər cərimə nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top