Levandovski millidə oynamaqdan imtina etdi


“Barselona”nın hücumçusu Robert Levandovski Mixal Probej komandanın baş məşqçisi olduğu müddətdə futbol üzrə Polşa milli komandasında oynamaqdan imtina etmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə o, “X” sosial şəbəkə səhifəsində məlumat verib.
“Mövcud vəziyyəti və baş məşqçiyə inamın itidiyini nəzərə alaraq, o bu vəzifədə qaldığı müddətdə Polşa millisində oynamaqdan imtina etmək qərarına gəldim. Ümid edirəm ki, gələcəkdə yenidən dünyanın ən yaxşı azarkeşləri üçün oynaya biləcəyəm”, - Levandovski yazıb.
Mixal Probejin 52 yaşı var. O, 2023-cü ilin sentyabrında Polşa millisinin başına keçib. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatına vəsiqə qazanıb və Fransa, Hollandiya və Avstriya komandaları ilə qrupda sonuncu yeri tutub.
Robert Levandovskinin 36 yaşı var. O, 85 qolla milli komanda tarixinin bombardiridir. Levandovski 2008-ci ildən milli komandada çıxış edir.
Digər tərəfdən, o, 157 matçda 35 məhsuldar ötürmə edib.
Levandovski İspaniyanın “Barselona”sında oynayır və karyerası ərzində Çempionlar Liqasını (2020) qazandığı Almaniyanın “Borussiya Dortmund” və “Bavariya” klublarında da oynayıb.
Polyak Beynəlxalq Futbol Federasiyası tərəfindən iki dəfə (2020, 2021) və Avropa Futbol Assosiasiyaları İttifaqı (2020) tərəfindən bir dəfə ilin ən yaxşı oyunçusu seçilib.

DİGƏR XƏBƏRLƏR

Top