Portuqaliya Millətlər Liqasının qalibi oldu


Portuqaliya millisi Millətlər Liqasının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, komanda finalda İspaniya millisi ilə qarşılaşıb.
Qarşılaşma Münhendə baş tutub. Portuqallar penaltilər seriyasında İspaniya yığmasına qalib gəlib.
Əsas vaxtda qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Portuqaliyanın qollarını Nuno Mendeş (26-cı dəqiqə) və Kriştianu Ronaldo (61) vurub. İspaniya yığmasında Martin Zubimendi (21) və Mikel Oyarzabal (45) fərqlənib.
Əlavə vaxtda futbolçular qol vura bilməyiblər.
Penaltilər seriyasında Portuqaliya komandası İspaniya komandasına 5:3 hesabı ilə qalib gəlib.
Beləliklə, Portuqaliya millisi ikinci dəfə Millətlər Liqasının qalibi olub.
Bundan əvvəl portuqallar 2019-cu ildə turnirin qalibi olub. Portuqaliya millisi turnir tarixində ilk dəfə çempionluq titulunu iki dəfə qazanıb.
İspanlar isə ardıcıl 3 dəfə Millətlər Liqasının finalında çıxıblar. 2021-ci ildə komanda turnirin həlledici oyununda Fransa komandasına uduzub (1:2), 2023-cü ildə isə Xorvatiya yığmasına qalib gəlib (0:0, penaltilər seriyasından sonra 5:4).
Qeyd edək ki, üçüncü yer uğrunda görüş də iyunun 8-də baş tutub. Turnirin bürünc medallarını Almaniya millisini məğlub edən Fransa yığması qazanıb . Almaniyanın “Ştutqart Arena” stadionunda keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.
Xatırladaq ki, Millətlər Liqası UEFA-nın himayəsi altında keçirilən Avropa milli komandaları arasında beynəlxalq futbol turniridir. Yarış ilk olaraq 2018-ci ildə, 2018-ci il Dünya Kubokunun başa çatması ilə eyni vaxta planlaşdırılıb. Turnir yüksəlmə və aşağı liqaya düşmə prinsipləri əsasında fəaliyyət göstərir. Millətlər Liqası iki ildən bir keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top