İxracdan minimum asılılığı olan ölkələr – Siyahı


Ötən ildə dünyanın ən iri nominal ÜDM-ə malik 25 ölkəsində mal və xidmət ixracının iqtisadiyyata (ÜDM-ə) nisbəti ortalama 40,7% təşkil edib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bir sıra böyük iqtisadiyyatlar bu göstəricidə dünya ortalamasından xeyli aşağı mövqedə qərarlaşıb.
Rusiya 2023-cü ilin sonuna olan məlumata görə, ixrac asılılığı üzrə cəmi 21,9% göstərici ilə orta səviyyənin yarısı qədər bir asılılıqla fərqlənib. Hindistan (21%) və Çin (21,1%) də oxşar göstəricilər nümayiş etdirərək dördüncü və beşinci yerləri bölüşür. Onları İndoneziya (22,2%), Avstraliya (23,7%) və Yaponiya (22,8%) izləyir.
Dünyanın ən iri iqtisadiyyatına malik olan ABŞ-də ixrac ÜDM-in cəmi 10,9%-ni təşkil edir. Beləliklə, ABŞ bu göstəriciyə görə ən aşağı mövqedə qərarlaşır. İlk üçlükdə ona Argentina (15,3%) və Braziliya (17,9%) qoşulur.
Əksinə, bir sıra Avropa və Asiya ölkələri ixrac asılılığı baxımından dünya ortalamasını xeyli üstələyir. Almaniyada ixracın ÜDM-dəki payı 41,8%, Cənubi Koreyada isə 44,6% təşkil edib. Polşada bu göstərici 52,7%, İsveçrədə 72,2%, Hollandiyada isə 84,2%-ə çatır.
Rekord isə İrlandiyaya məxsusdur. 2024-cü ildə bu ölkənin mal və xidmət ixracı ÜDM-in 147,6%-nə bərabər olub ki, bu da iri iqtisadiyyatlar arasında dünya üzrə ən yüksək göstəricidir.

DİGƏR XƏBƏRLƏR

Top