Ankarada silahlı insident – İki nəfər yaralanıb


Bu gün səhər saatlarında Ankaranın Çankaya səmtində yerləşən Atatürk Bulvarında insident yaşanıb.
Yeniavaz.com
 Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin iqamətgahı qarşısında yol hərəkəti ilə bağlı yaranan mübahisə silahlı toqquşmaya çevrilib.
Hadisə təqaüddə olan polis əməkdaşının yolda digər sürücü ilə mübahisə etməsi ilə başlayıb. Şahidlərin sözlərinə görə, adının açıqlanmadığı təqaüddə olan polis əməkdaşı avtomobilindən düşərək qarşı tərəflə əlbəyaxa davaya girişib. Mübahisə zamanı o, üzərində daşıdığı xidməti tapançanın qundağı ilə digər sürücünü yaralayıb və daha sonra havaya atəş açıb.
Silah səslərini eşidən Xarici İşlər Nazirliyinin iqamətgahında növbətçi olan mühafizə polisi əməkdaşları hadisəyə dərhal müdaxilə ediblər. Təqaüdçü polis ayağından güllə yarası alaraq zərərsizləşdirilib.
Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralanan hər iki şəxs xəstəxanaya aparılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bomba zərərsizləşdirmə qrupları da əraziyə yönəldilər və ətrafdakı avtomobillərə baxış keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top