“Ter-Petrosyan seçkilərin saxtalaşdırılması praktikasının banisidir” – Paşinyandan sərt açıqlama


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyan ilə bütün ermənilərin katolikosu II Qaregin arasında baş tutan görüşə sərt münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.
Baş nazirin sözlərinə görə, Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması ənənəsinin əsasını qoyan şəxsdir: “Levon Ter-Petrosyan Ermənistan Respublikasında seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o, təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir”.
Qeyd edək ki, iyunun 7-də Levon Ter-Petrosyan Eçmiədzinə baş çəkərək bütün ermənilərin katolikosu II Qareginlə görüşüb. Görüş zamanı Ermənistanın sabiq prezidenti patriarxa tam dəstəyini ifadə edib və hazırkı hökumətin erməni apostol kilsəsinə qarşı konstitusiyaya zidd hərəkətlərini qəti şəkildə pisləyib.

DİGƏR XƏBƏRLƏR

Top