
Yunanıstan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:46-da (Bakı vaxtı ilə 16:46 - red.) qeydə alınıb.
Zəlzələnin episentri əhalisi təxminən 1,1 min nəfər olan Nea Roda şəhərindən 10 kilometr cənub-şərqdə yerləşib. Seysmik aktivliyin mərkəzi 8 kilometr dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.