
Ermənistanda 2026-cı il parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan sosial şəbəkə hesabında yazıb.
“Bu gün iyunun 7-dir. Ermənistan Milli Assambleyasının növbəti seçkilərinə düz bir il vaxt qalıb. Onlar 2026-cı il iyunun 7-də keçiriləcək. Geriyə sayma başladı”, - Simonyan yazıb.
Qeyd edək ki, Ermənistan Milli Assambleyasına əvvəlki, növbədənkənar seçkilər 2021-ci ildə keçirilib. Onları hazırkı hakim “Mülki müqavilə” qazanıb. Müxalifətin “Hayastan” və “Mənim şərəfim var” blokları da parlamentə daxil olub.