Barmağına üzük taxılan müəllimə töhmət verildi – Video


Sosial şəbəkələrdə valideynlər tərəfindən barmağına üzük taxılan Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin müəlliminə töhmət verilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb:
“Sözügedən video 24 may tarixində qeyri-iş günü, məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib”.
Təhsil İdarəsindən bildirilib ki, təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur:
“Bu baxımdan, valideynlərə bir daha müraciət edərək xatırladırıq ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır.
Qeyd edirik ki, etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib”.

DİGƏR XƏBƏRLƏR

Top