“Biz parkdakı uşaqlar deyilik” – Zelenski Trampa cavab verdi


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini uşaq davası ilə müqayisə edən açıqlamasına münasibət bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Zelenski “ABC News”a müsahibəsində danışıb.
Zelenskidən soruşublar ki, onun fikrincə, Tramp Ukraynadakı iztirabların miqyasını başa düşür?
Qeyd edək ki, iyunun 5-də Tramp bildirib ki, Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski bir-birinə “nifrət edirlər” və onların davranışları parkda dava edən iki uşaqla müqayisə edilə bilər.
“Bəzən iki uşağın dəli kimi dalaşdığını görürsən. Onlar bir-birlərinə nifrət edirlər və parkda dalaşırlar və sən onları ayırmağa çalışırsan. Onlar ayrılmaq istəmirlər, bəzən daha yaxşı olar ki, onların bir az daha döyüşməsinə icazə verəsən, sonra onları ayırasan”, - Tramp həmin vaxt deyib.
“Putinlə mən parkdakı uşaq deyilik. Putin uşaqları öldürmək üçün həmin parka gəlmiş qatildir”, - Ukrayna prezidenti cavab verib.
Onun sözlərinə görə, Tramp ukraynalıların ağrısını tam hiss edə və anlaya bilmir.
“Söhbət prezident Trampdan getmir, burada ölkədə olmayan, minlərlə mil uzaqda olanlar bu ağrını tam hiss edə və anlaya bilməyən hər hansı bir şəxsdən gedir”, - Zelenski əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top