Xarkova kütləvi hücum – Ölənlər var


İyunun 7-nə keçən gecə rus qoşunları Xarkov və onun ətraf ərazilərinə pilotsuz təyyarələr, hava bombaları və raketlərlə kütləvi hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov məlumat yayıb.
Sinequbovun məlumatına görə, ümumilikdə Rusiya hərbçiləri Xarkova hücum çərçivəsində 48 “Şahed” pilotsuz uçan aparatı, beş idarə olunan aviabomba, dörd reaktiv reaktiv sistem mərmisi və üç raketdən istifadə edib.
Dronlardan biri doqquz mərtəbəli yaşayış binasına düşüb, 7-ci mərtəbədən 9-cu mərtəbəyə kimi 12 mənzil yanıb. Xilasedicilər zərərçəkmişi dağıntılar altından çıxarıblar.
Xarkovda baş verən hücumda ümumilikdə iki yaşayış binası, iki fərdi yaşayış evi, iki müəssisə, iki avtomobil, bir inzibati bina və bir uşaq musiqi məktəbinə ziyan dəyib.
Xarkovda 3 nəfər ölüb, 21 nəfər yaralanıb. Həlak olanlar arasında körpə və 14 yaşlı qız da var. Dağıntılar hələ də təmizlənir.

DİGƏR XƏBƏRLƏR

Top