
Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyevaya ağır itki üz verib.
Yeniavaz.com Manset.az-a istinadən xəbər verir ki, Əməkdar jurnalist, “Üç nöqtə” qəzetinin baş redaktoru, “Səni axtarıram” layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Baxşəliyevanın anası Ofeliya xanım da iki ay bundan əvvəl dünyasını dəyişib.
Bildirilib ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkib.